08 may 2024, 18:00

Vasif Cəfərlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yorulmaz fəaliyyətiniz, uzaqgörən və düşünülmüş siyasətiniz nəticəsində Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün Sizin böyük diqqət və qayğınızın nəticəsi olaraq ölkəmizdə müharibə iştirakçılarının problemləri həll olunur. Bizim mənzillərlə təmin olunduğumuz ərazidə Şəfəq qəsəbəsi yaradılıb. Çox sağ olun!

Cənab Prezident, Sizə doğma Vətənimiz - Azərbaycan üçün gördüyünüz işlərə görə təşəkkürümüzü bildirir və daima Sizin, dövlətimizin yanında olacağımızı qeyd edirik.

Hörmətlə,

Cəfərli Vasif Rəhman oğlu, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.