08 may 2024, 13:00

Heyran İsayevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müvafiq Sərəncamınızla şəhid ailələrinin, müharibə iştirakçılarının yaşadığı ərazidə yeni qəsəbə - “Şəfəq” qəsəbəsi yaradılmışdır. Artıq qarşıya çıxa biləcək kiçik qayğılarımızı yerli idarəçilik çərçivəsində həll edə biləcəyik.

Cənab Prezident, həyata keçirdiyiniz müdrik siyasət nəticəsində xalqımızın təhlükəsizliyi ilə bağlı böyük əminlik yaratdınız. Ölkəmizin müdafiə qabiliyyətini gücləndirdiyiniz və sosial-iqtisadi mühiti inkişaf etdirdiyiniz üçün Sizə təşəkkür edir, Azərbaycan Respublikasının bundan sonra da Sizin rəhbərliyinizlə daha çox uğurlar qazanacağına sarsılmaz inamımızı bildirir, Vətənimizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Hörmətlə,

İsayeva Heyran Nuhbala qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Abşeron rayonu, “Şəfəq” qəsəbəsi.