30 aprel 2024, 11:22

Şəhid anasından, Şamaxı, Azərbaycan

Cənab Prezident.

Bizim Mirikənd, həmçinin qonşu Məlcək və Qaravəlli kəndləri Qarabağ müharibəsində 7 şəhid vermişdir, 50-yə yaxın qazimiz vardır. Təbii ki, əsas məşğuliyyətimiz kənd təsərrüfatıdır.

Sizə bu məktub vasitəsilə minnətdarlığımızı bildirmək istəyirik. Müraciətimiz nəzərə alınaraq, kəndimizin 5 kilometrlik yolu asfaltlanmış, rayon mərkəzinə gediş-gəlişimiz rahatlaşmışdır. Kənd camaatı əkib becərdikləri məhsulları satış mərkəzlərinə vaxtında çıxara bilirlər.

Əziz Prezidentimiz, göstərilən bu diqqətə görə bütün əhalimiz adından Sizə minnətdarlıq edirəm.

Hörmətlə,

Beydiyeva Ayda,

şəhid anası.

Azərbaycan Respublikası, Şamaxı rayonu, Mirikənd kəndi.