29 aprel 2024, 16:15

Humay Əmirəliyevadan, İstanbul, Türkiyə

Cənab İlham Əliyev.

Sizi hörmətlə salamlayıram! Sizə yazmaqda məqsədim minnətdarlığımı bildirməkdir. Türkiyədə təhsil aldığım müddət ərzində böyük özünəinam və qürur hissi ilə gəzirəm. Çünki bizim arxamızda Sizin kimi güclü bir Prezident var. Siz dövlətimizin başında olduqca biz həmişə güclü xalq olacağıq.

İqtidarınıza kölgə düşməsin, ayağınıza daş dəyməsin. Azərbaycan Sizinlə daha güclüdür.

Əziz Prezidentimiz, Sizə böyük məhəbbət bəsləyirik.

Hörmətlə,

Humay Əmirəliyeva,

İstanbuldakı Yıldız Teknik Universitetinin magistrantı.

Türkiyə Respublikası, İstanbul şəhəri.