29 aprel 2024, 13:12

Günay Tağıyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin təşəbbüsünüzlə şəhərimizdə aparılan abadlıq-quruculuq işləri, yenidənqurma hər bir gəncəlinin ürəyincə olduğu kimi bura gələn qonaqların da qəlbini fərəh hissi ilə doldurur. Gəncə günü-gündən gözəlləşir, füsunkarlığı göz oxşayır.

Şəhər mərkəzində və ətraf qəsəbələrdə görülən işlər hamımızın ürəyindən xəbər verir.

Cənab Prezident, Gəncə şəhərinin sakinləri hər zaman Sizin siyasi xəttinizi dəstəkləyir, əldə olunan bütün uğurlarımıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Tağıyeva Günay Novruzəli qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.