07 may 2024, 18:15

Könül Zaməddinovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşdırılması, Ordumuzun gücləndirilməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması torpaqlarımızın işğaldan azad olunması və bütün Azərbaycanda bayrağımızın dalğalanması Sizin adınızla bağlıdır. Sizin rəhbərliyinizlə müstəqilliyimiz və ideoloji dayaqlarımız daha da möhkəmləndirildi, vətəndaş həmrəyliyi bərqərar olundu, milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorundu.

Bu gün ölkəmizdə internat evlərində tərbiyə olunanlara böyük diqqət göstərilir, onların mənzillərlə təmin edilməsi, cəmiyyətə adaptasiyası və işlə təmini istiqamətində layihələr həyata keçirilir. Bizim mənzillərlə təmin olunduğumuz ərazidə "Şəfəq" qəsəbəsinin yaradılmasını alqışlarla qarşıladıq. Buna görə Sizə dərin təşəkkür edirəm.

 

Hörmətlə,

Zaməddinova Könül Nüsrət qızı,

“Məzun evi”nin sakini.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.